12:07 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi infoqrafikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə sığorta haqlarının toplanmasında və sığorta ödənişlərində nəzərəçarpan artım qeydə alınıb.
Hesabat dövründə bu sığorta növü üzrə yığımlar 13,5% və ya 54,3 mln. manat artaraq 455,7 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında bu göstərici 401,4 mln. manat səviyyəsində olmuşdu.
Həmçinin, yaşam sığortası üzrə həyata keçirilən sığorta ödənişlərinin məbləği illik müqayisədə 33,3% və ya 99,4 mln. manat artaraq 2025-ci ilin ilk yarısındakı 298,1 mln. manatdan 397,5 mln. manata yüksəlib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026