17:39 - 2.10.2020
2 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 76 768 min manat sığorta haqqı toplanıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,6% artıb.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 43 519,5 min manat həcmində ödəniş həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026