15:46 - 18.03.2020
18 mart, Fineko/abc.az. Bu ilin mart ayının 1-nə olan məlumata görə, Azərbaycana 9 ədəd elektrik, 1 273 ədəd isə hibrid mühərrikli avtomobil gətirilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki gətirilən elektiklə çalışan avtomobillərin ümumi dəyəri 90,4 min, hibridlərin dəyəri isə 6 milyon 681 min dollar təşkil edib.
Komitənin məlumatına görə, ümumilikdə isə bu ilin yanvar-fevral aylarında ölkəyə 122 milyon 893 min dollarlıq avtomobil gətirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 378 ədəd və ya 2,3 dəfə çoxdur.
Qeyd edək ki, bu il ölkəyə gətirilən avtomobillərin 10 717 ədədi minik avtomobilləri, 64 ədədi isə avtobuslar olub.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026