11:10 - 13.02.2020
13 fevral, Fineko/abc.az. Avropa Palatası ("EuCham") "2020-ci ildə biznes üçün ən yaxşı Avropa ölkələri" adlı araşdırma hazırlayıb.
ABC.AZ xəbər verir ki, sənəddə investisiya cəlbediciliyinə görə ölkələrin reytinqi tərtib olunub. Azərbaycan siyahıda 53 balla 41-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan 3 pillə irəliləyib.
Qeyd edək ki, araşdırmada Dünya Bankı və "Beynəlxalq Şəffaflıq" təşkilatının indeksləri əsas götürülüb.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026