16:01 - 10.02.2020
10 fevral, Fineko/abc.az. Bir müddət əvvəl Vergilər Nazirliyində qeydiyyata alınmış Bank Olmayan Kredit Təşkilatı "Azərbaycan Evro-Kredit" MMC-nin rəhbər heyəti məlum olub.
ABC.AZ xəbər verir ki, yeni BOKT-ın qanuni təmsilçisi Rasim Kamil oğlu Eyvazov, Müşahidə şurasının üzvləri Elşad Rəmiyyəd oğlu Məhəmmədbəyli, Kamil Məmmədov, İldırımzadə Nazimdir.
Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı 300 min manat, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 ev.262A-dır.
Müəllif: Elmir Murad