16:20 - 7.02.2020
7 fevral, Fineko/abc.az. Azərbaycan banklarının öhdəlikləri artıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, ölkədəki bankların öhdəlikləri 28 milyard 139 milyon manat olub.
Bu göstərici 2018-ci illə müqayisədə 2 milyard 710 milyon manat və ya 10,6% çoxdur. Belə ki, 2018-ci ilin sonuna olan hesabatda Azərbaycanda olan bankların cəmi öhdəlikləri 25 milyard 431 milyon manat təşkil etmişdi.
Müəllif: Elmir Murad
21 Avqust 2026