Bu yolda tıxac aradan qaldırılır – Dəyişiklik ediləcək

10:59 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Bakının Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, sözügedən yolayrıcı bundan sonra svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Qeyd edək ki, dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

Müəllif: Elmir Murad