14:06 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. “Rabitəbank” 2019-cu il üçün maliyyə göstəricilərini açıqlayıb.
ABC.A Bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Bankın aktivləri azalıb. Belə ki, Bankın 2019-cu ildə aktivləri 739 milyon 984 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 32 milyon 129 min manat və ya 4,2% azdır. Maliyyə təşkilatının 2018-ci ildə aktivləri 772 milyon 113 min manat olub.
Bank aktivlərindən 376 milyon 938 min manat müştərilərinə kredit verib. Bu 2018-cilin göstəricisi ilə müqayisədə 59 milyon 173 min manat və ya 18,6% çoxdur. “Rabitəbank” 2018-ci ildə müştərilərinə 317 milyon 765 min manat kredit vermişdi.
Bankın aktivləri ilə yanaşı öhdəlikləri də 2019-cu ildə azalıb. 2019-cu ildə bankın 638 milyon 623 min manat öhdəliyi olub. Bu göstərici 2018-ci illə müqayisədə 43 milyon 679 min manat və ya 6,4% azdır. 2018-ci ildə bankın öhdəlikləri 682 milyon 302 min manat təşkil etmişdi.
Müəllif: Elmir Murad
25 Avqust 2026
25 Avqust 2026