10:47 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Yapı Kredi Bank Azərbaycan” 2019-cu ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə real sektorun dəstəklənməsi istiqamətində Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq qeyri-neft sektorunun maliyyələşdirilməsi fəaliyyətini davam etdirmiş və kredit portfelini 7.6% artıraraq 187.3 milyon manata qədər yüksəldib. Xüsusilə, biznes subyektlərinin kredit portfelinin həcmi 2018-ci illə müqayisədə 15.7% artaraq, 130 milyon manata yüksəlib.
Hesabatda qeyd olunur ki, Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, 2018-ci ilin yekunu ilə müqayisədə bankın I dərəcəli kapitalı 8.76% artaraq 66.6 milyon AZN, məcmu kapitalı 3,64% artaraq 72,8 milyon AZN olub.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 30.1%-ə, məcmu kapitalın adekvatlıq əmsalı artaraq 33%-ə çatıb.
Bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Müəllif: Elmir Murad
25 Avqust 2026
25 Avqust 2026