11:14 - 15.01.2020
15 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanda qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,8 faizdən 89 faizə yüksəlib.
ABC.AZ Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ildən tətbiq olunan elektron qeydiyyatla (fin kod+mobil nömrə) 955 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Başqa sözlə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin illik qeydiyyatının 8,6 faizinin yeni üsulla aparılması təmin olunub.
2019-cu ilin son yeddi ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üzrə elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Dekabr ayında isə bu göstərici 91,6 faiz təşkil edib. 2020-ci ilin 1 yanvar tarixinə 167 publik hüquqi şəxs dövlət qeydiyyatında olub. 2020-ci il yanvarın 1-dək 14 min 388 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 784-ü və ya 5,4 faizi ləğv edilib. Hazırda qeydiyyatda olan 13 min 604 xarici investisiyalı kommersiya qurumundan 2 min 753-ü müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 10 min 851-i tam xarici investisiyalı müəssisələr, o cümlədən 2 705-i xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.
Müəllif: Elmir Murad
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026