Elman Rüstəmov manatdan danışdı - Məzənnə öz dinamikasnı qoruyacaq

16:33 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. 2020-ci ildə də manatın məzənnəsi öz dinamikasını qoruyacaq.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

E.Rüstəmov bildirib ki, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

Müəllif: Elmir Murad