“FINCA Azerbaijan” filiallarının sayını 14-ə çatdırdı – Yeni ofis açıldı

11:42 - 20.12.2019


20 dekabr, Fineko/abc.az.  Bank Olmayan Kredit Təşkilatı “FINCA Azerbaijan”-ın Balakəndə yeni filialı açılıb.

ABC.AZ xəbər verir ki, bu barədə təşkilatdan bildirilib. Beləliklə də adıçəkilən təşkilat ofislərinin  ümumi sayını 14-ə çatdırıb.  FINCA-nın növbəti ildə daha 8 filial açılması planlaşdırılır. Qeyd edək ki, “FINCA Azerbaijan” “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

Müəllif: Elmir Murad