Qızıl və gümüşün qiyməti açıqlandı - Bahalaşıblar

10:13 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüş bahalaşıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,10 dollar artaraq 1 481,60 dollara ticarət olunub. Gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 17,12 dollara satılıb.