11:17 - 2.12.2019
2 dekabr, Fineko/abc.az. Bu il "Bakutel" sərgisində 23 ölkədən 238 şirkət iştirak edəcək.
ABC.AZ xəbər verir ki, bunu "Bakutel 2019" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında "Caspian Event Organisers"-in region üzrə direktoru Edvard Stron bildirib.
O qeyd edib ki, builki sərgi sahəsi 6 faiz artıb. E.Stron onlara bu işdə dəstək olan bütün təşkilatlara təşəkkür edərək sərginin maraqlı keçəcəyinə təminat verdi və gələcək əməkdaşlığa hər zaman hazır olduqlarını qeyd etdi.
Müəllif: Elmir Murad
15 Avqust 2026