12:17 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. 2019-cu ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandakı banklar tərəfindən 7 milyard manat kredit ayrılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 14-də “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” adlı forumda deyib.
O, qeyd edib ki, sözgüdən məbləğin 3,1 milyard manatı istehlak, 3,9 milyard manatı isə biznes üçündür. İ. Alışovun sözlərinə görə, bankların kredit portfelinin 6 milyard manatı istehlak, qalan 7,6 milyard manatlıq hissəsi isə biznes kreditlərinin payına düşür. "Bank olmayan kredit təşkilatlarının kredit portfeli isə 220 milyon manat təşkil edir”, - deyə o bildirib.
Müəllif: Elmir Murad
25 Avqust 2026
25 Avqust 2026