09:59 - 13.11.2019
13 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,03 (0,04%) azalaraq bir barelə $67,54 təşkil edib.
Neftin etalon markalarının qiymətləri, çərşənbə günü ticarətində artıq üçüncü gün ardıcıl olaraq enir.
Noyabrın 12-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,12 (0,19%) azalaraq bir barelə $62,06 təşkil etmişdir.
Saat 9:25-də Brent markalı neftin yanvar fyuçersi $0,26 (0,42%) azalaraq bir barelə $61,80 təşkil edib.
NYMEX birjasında noyabrın 12-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,06 (0,11%) enərək bir barelə $56,80 təşkil etmişdir.
WTI markalı neftin yanvar fyuçersi saat 9:25-də $0,19 (0,33%) azalaraq bir barelə $56,61 təşkil etmişdir.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026