22:42 - 11.08.2026
11 avqust, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) Çikaqo üzrə Bankının sədri Ostan Qulsbi ölkə iqtisadiyyatı üçün əsas təhlükənin əmək bazarındakı zəiflik deyil, yüksək inflyasiya olduğunu bildirib.
"Wired" nəşrinə müsahibəsində Qulsbi qiymətlərin həddindən artıq sürətlə artdığını və əsas problemin məhz inflyasiya olduğunu vurğulayaraq, əmək bazarını "yaxşı olmasa da, sabit" kimi qiymətləndirib.
İyulun 29-da keçirilən iclasda FED faiz dərəcələrini 3,50%-3,75% diapazonunda sabit saxlasa da, bu il səsvermə hüququ olmayan Qulsbi pul-kredit siyasəti ilə bağlı dəqiq proqnoz verməkdən çəkinib.
Mütəxəssislərin fikrincə, inflyasiya təzyiqlərinin davam etməsi sentyabr iclasında faiz artımı və ya mövcud səviyyənin saxlanılması ehtimalını bərabərləşdirir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026