09:57 - 30.10.2019
30 oktyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $0,95 (1,45%) artaraq bir barelə $66,30 təşkil edib.
Çərşənbə günü ticarətində neftin etalon markalarının qiyməti tədricən azalır.
Oktyabrın 29-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,02 (0,03%) artaraq bir barelə $61,59 təşkil etmişdir.
Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,19 (0,31%) azalaraq bir barelə $61,40 təşkil edib.
NYMEX birjasında oktyabrın 29-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,27 (0,48%) azalaraq bir barelə $55,54 təşkil etmişdir.
WTI markalı neftin dekabr fyuçersi saat 9:30-da $$0,26 (0,47%) azalaraq $55,28 təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026