15:43 - 23.10.2019
23 oktyabr, Fineko/abc.az. Vergilər Nazirliyi tərəfindən vergi daxilolmaları üzrə proqnozuna 106,4 faiz əməl olunub.
Nazirlikdən ABC.AZ-a verilən məlumatda qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayı ərzində 5,7 faiz və ya 302,8 milyon manat məbləğində artıq vəsait daxil olub.
Vergi daxilolmalarının 30,0 faizi neft-qaz sektorunun payına düşüb. Sözügedən dövrdə 2019-cu il üzrə neft-qaz sektorunda illik vergi proqnozunun 76,7 faizi icra olunub.
Hesabata əsasən, Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026