14:04 - 23.09.2019
23 sentyabr, Fineko/abc.az. Banka əmanət qoymaq istərkən bir sıra amillərə fikir verilir. Bəzisi qoyulan əmanət qarşılığında alacağı faizi, bəziləri depozitin sığortalanmasını nəzərə alır. Bununla yanaşı depozitin qoyulub bir müddətdən sonra, tez götürərkən cərimə olunub-olunmamaları da insanları düşündürən vacib məqamlardandır.
ABC.AZ bu məqama aydınlıq gətirir. Belə ki, ilk növbədə siz, banka depozit yerləşdirən zaman həmin vəsaitin sizə hansı müddətə qədər lazım olmayacağını dəqiqləşdirərək müddətini seçməlisiniz. Siz depozitinizi müqavilədə qeyd edilən tarixdən əvvəl geri götürdükdə, banka yerləşdirdiyiniz vəsaiti tam geri götürə biləcəksiniz, lakin bu vəsaitə hesablanan faiz dərəcəsi daha aşağı olacaq. Həmçinin, əgər siz faizləri aylıq əldə edirsinizsə, depozitinizi vaxtından əvvəl geri götürdükdə, bank sizin depozitinizi daha aşağı məbləğlə qaytaracaq.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026