10:36 - 28.08.2019
28 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti $0,49 (0,79%) azalaraq bir barelə $61,55 təşkil edib.
Bir gün əvvəlki artımdan sonra neftin etalon markalarının qiymətləri yüksəlməyə davam edir.
Avqustun 28-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,81 (1,38%) artaraq bir barelə $59, 51 təşkil etmişdir. Çərşənbə günü “Brent”in qiyməti saat 9:20-də $0,40 (0,67%) yüksələrək $59,91 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 28-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,29 (2,4%) kəskin artımla $54,93 təşkil etmişdir. WTI markalı neftin qiyməti çərşənbə günü saat 9:20-də $0,51 (0,93%) artıb və $55,44 / barelə təşkil etmişdir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026