10:52 - 27.08.2019
27 avqust, Fineko/abc.az. Neftin qiymətləri, öncəki sessiyada düşəndən sonra, çərşənbə axşamı günü yüksələrək, bərpa olunur.
Avqustun 26-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,64 (1,08%) ucuzlaşaraq bir barelə $58,70 təşkil etmişdir. Çərşənbə axşamı günü “Brent”in qiyməti saat 10:20-də $0,20 (0,34%) artaraq $58,90 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 26-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,53 (0,98%) enərək $53,64 təşkil etmişdir. WTI markalı neftin qiyməti Çərşənbə axşamı günü saat 10:20-də $0,19 (0,35%) artaraq və $53,83 / barelə təşkil etmişdir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026