10:47 - 15.08.2019
15 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.
Palatadan verilən xəbərə görə, səfər zamanı “Zolotaya Korona” pulköçürmə sisteminin rəhbərliyi ilə keçirilmiş görüşdə pulköçürmələri sahəsində innovativ texnologiyaların tətbiqi, pulköçürmələri üzrə ölkə qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, banklarda pulköçürmələri üzrə risk əsaslı nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib.
Səfər çərçivəsində Rusiyanın Fintex Assosiasiyası ilə baş tutmuş görüş zamanı məsafədən eyniləşdirmə prosedurunun tətbiqi, təcili ödənişlər sisteminin fəaliyyəti, habelə bank sistemində açıq bankçılıq texnologiyası (Open API) üzrə müzakirələr aparılıb.
Müzakirələr çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Rusiya Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi zərurəti diqqətə çatdırılıb.