11:16 - 14.08.2019
14 avqust, Fineko/abc.az. Ötən ilin sonunda “Aqrarkredit”in “Turanbank” ASC-də 12 milyon 181 min manat depoziti olub. Bu barədə məlumat təşkilatın açıqladığı hesabatda qeyd olunub.
Hesabata əsasən, depozitlərin 7 milyon 170 min manatı ABŞ dollarında illik 2% ilə, 5 milyon manatı isə milli valyutada illik 7%-lə “Turanbank”da yerləşdirilib.
“Aqrarkredit”in banklardan yalnız “Turanbank”da depozit yerləşdirib. 2017-ci ildə də “Aqrarkredit” depozit üçün “Turanbank”ı seçmişdi.