10:02 - 1.08.2019
1 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti 0,95 dollar (1,43%) artıb və bir barelə 67,44 dollar təşkil edib.
İyulun 31-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi 0,45 dollar (0,7%) bahalaşaraq bir barelə 65,17 dollar təşkil etmişdir.
Cümə axşamı günü “Brent” markalı neftin oktyabr fyuçersi saat 9:20-də 0,69 dollar (1,06%) enərək 64,36 dollar /barelə təşkil edib.
NYMEX birjasında iyulun 31-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,53 dollar (0,91%) yüksələrək bir barelə $58,58 təşkil etmişdir.
“WTI” markalı neftin sentyabr fyuçersi cümə axşamı günü saat 9:20-də 0,72 dollar (1,23%) azalaraq 57,86 dollar / barelə təşkil etmişdir.