10:29 - 25.07.2019
25 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Pakistan Milli Bankının Bakı Filialı 2019-cu ilin 1-ci yarısı üçün rüblük hesabatını açıqlayıb.
Hesabata əsasən, 30 İyun 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı Filialı 10 milyon 294 min manat cəmi aktivlərə, 402 min manat cəmi öhdəliklərə və 9 milyon 887 min manat cəmi kapitala malik olub.
Qeyd edək ki, bu il yanvarın 1-nə Bakı filialının aktivləri 11 milyon 543 min manat idi.
Pakistan Milli Bankının Bakı filialının kredit portfeli cəmi 1 milyon 87 min manatdır.
17 Avqust 2026
15 Avqust 2026