10:40 - 23.07.2019
23 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti $1,19 (1,9%) artıb və bir barelə 65,34 dollar təşkil edib.
İyulun 22-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,79 dollar (1,3%) artaraq bir barelə 63,26 dollar təşkil etmişdir.
Çərşənə axşamı günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:20-də 0,09 dollar (0,14%) bahalaşaraq 63,35 dollar /barelə təşkil edib.
NYMEX birjasında iyulun 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,46 dollar (0,82%) artaraq bir barelə $56,22 təşkil etmişdir.
“WTI” markalı neftin sentyabr fyuçersi çərşənbə axşamı günü saat 9:20-də 0,03 dollar (0,05%) yüksələrək 56,25 dollar / barelə təşkil etmişdir.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026