11:29 - 16.07.2019
16 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinə daxilolmalar 2 milyard 65 milyon 160 min manat olub.
Məlumatda qeyd edilir ki, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 483 milyon 957 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 424 milyon 239 min manat, aksizlər üzrə 136 milyon 798 min manat, yol vergisi üzrə isə 20 milyon 165 min manat təşkil edib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026