14:35 - 15.07.2019
15 iyul, Fineko/abc.az. “Nikoil Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 429,028 milyon manat təşkil edib.
Bankın maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,9 % azdır.
“Nikoil Bank”ın aktivlərinin 220,994 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3 % böyüyüb.
Hesabat dövründə “Nikoil Bank”ın cəmi öhdəlikləri 8,3% azalaraq 359,921 milyon manata, o cümlədən depozit portfeli 0,1% azalaraq 111,783 milyon manata düşüb, cəmi kapitalı isə 28,1 % artaraq 69,107 milyon manata, o cümlədən nizamnamə kapitalı 42 % artaraq 348 milyon manata çatıb.
Bu ilin yanvar-iyun aylarında “Nikoil Bank”ın gəlirləri 34,079 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5,7% az), xərcləri 22,197 milyon manat (19,5% çox), xüsusi ehtiyatlara ayırmaları isə 9,135 milyon manat (85,6% az) təşkil edib. Son nəticədə Bank I yarımili 2.746 milyon manat mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 45,861 milyon manat zərərlə çıxmışdı.
Xatırladaq ki,“Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmlərinin 95,68%-i "Topaz Investment” QSC-yə, 4,22%-i Marina Kulişovaya (adı çəkilən şirkətin direktoru), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.
© Report
19 Avqust 2026
18 Avqust 2026