13:58 - 27.06.2019
27 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası 31 may 2019-cu il tarixinə qədər olan dövrdə bank sektorundakı ümumi vəziyyətlə bağlı hesabat açıqlayıb.
Hesabatda qeyd olunur ki, may ayına olan göstəricilərə görə, sektorun aktivlərinin 43.4%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.5% (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4mln. manat olub.
Həmçinin ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 2.1% (170.4 mln. manat) artaraq 8,264.3 mln. manata çatıb.