09:49 - 14.06.2019
14 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,62 dollar və yaxud 0,98% artıb və bir barelinin qiyməti 63,82 dollar təşkil edib.
Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi 1,34 dollar (2,23%) artaraq bir barelə 61,31 dollar təşkil etmişdir.
“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri cümə günü saat 09:10-da 0,37 dollar (0,6%) bahalaşaraq bir barelə 61,68 dollar təşkil etmişdir.
Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 1,14 dollar (2,23%) artaraq bir barelə $52,28 təşkil etmişdir.
“WTI” markalı neftin iyul fyuçersi cümə günü saat 09:10-da 0,14 dollar (0,27%) yüksələrək 52,42 dollar / barelə təşkil etmişdir.