10:13 - 13.06.2019
13 İyun,Fineko/abc.az. İyunun 28-də Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 10:00-da keçiriləcək.
Həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Quba şəhərində Quba və Qusar rayonlarının sakinləri, nazir müavini Elnur Soltanov isə Siyəzən şəhərində Siyəzən və Xızıdan olan yerli sakinlər ilə görüşəcək.