12:12 - 10.06.2019
10 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 10 iyun tarixində hərracda Bank 150 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 817,7 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
İyunun 3-də keçirilmiş depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 6,76% təşkil etmişdir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.