12:55 - 21.02.2019
21 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.
“Fevralın 21-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Fevralın 19-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.