14:32 - 25.01.2019
25 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, depozit hərracı 28 yanvar tarixində keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi 7,76%-9,74% səviyəsində müəyyən edilib.
AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.