14:11 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. Milli Məclisin Aqrar siyasət komitəsində fermerlərin mövsümdən əvvəl maliyyələşdirilməsini nəzərdə tutan “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsi təqdim edilib.
Bu maliyyə aləti qiymətli kağız formasında “Elektron kənd təsərrüfatı” sistemi üzərindən buraxılır və gələcəkdə öhdəliyin pul və ya məhsulla ödənilməsindən asılı olaraq maliyyə və əmtəə növlərinə bölünür.
Sistem notarial xərcləri aradan qaldırır, banklar və tədarükçülər üçün çevik alət yaradır, fermerə ilkin vəsait imkanı verir və öhdəlik pozulduqda məhkəməsiz dərhal icra mexanizmini təmin edir.
Həmçinin, alıcılara istehsal prosesini monitorinq etmək hüququ verərək məhsulun keyfiyyətinə zəmanət yaradır və aqrar sektorun inkişafına mühüm töhfə verir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026