Macarıstan şirkətləri Azərbaycanda yaşıl enerji sektorunu genişləndirir

10:13 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Macarıstanın "MVM Group" şirkəti bərpa olunan enerji sahəsində Azərbaycan bazarına daxil olaraq Cəbrayılda tikilən 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası layihəsinin 10%-lik payını bp-dən əldə edib.

Ümumi investisiya dəyəri təxminən 200 milyon dollar olan bu layihə Macarıstanın ölkəmizdəki energetika tərəfdaşlığını yeni mərhələyə qaldırır.

Qeyri-neft sektorunda isə Macarıstanın "HELL Energy" şirkətinin Ələt Azad İqtisadi Zonasında icra etdiyi "Quality Pack Caspian" layihəsi diqqət çəkir.

Alüminium içki qutularının istehsalı və doldurulması zavoduna ümumilikdə 211 milyon dollar investisiya nəzərdə tutulur.

İllik istehsal gücü 700 milyon qutu olacaq bu müəssisə regionda qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.