2030-cu ilədək qeyri-neft-qaz ÜDM-inin 138,6 milyard manata çatacağı gözlənilir

11:55 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin hesabatına əsasən, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2027-ci ilin sonuna ümumi daxili məhsulun (ÜDM) həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək.

2030-cu ildə isə ümumi ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz sektorunun isə 138,6 milyard manata yüksələcəyi gözlənilir.

Ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 3,3 faiz, qeyri-neft-qaz sahəsində isə 4,4 faiz səviyyəsində proqnozlaşdırılır. Bu artım dinamikası nəticəsində 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin 82 faizə çatacağı gözlənilir.