Dövlət satınalmalarında süni intellektdən istifadə səmərəliliyi artıracaq - Deputat

14:53 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Azərbaycanda dövlət satınalmalarında və tenderlərdə süni intellektdən istifadə olunması vacibdir. Bu fikri deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səsləndirib.

Millət vəkili Hesablama Palatasının rəyinə istinad edərək bildirib ki, dövlət satınalmalarının 51 %-dən çoxunda ehtimal olunan qiymətlə şirkətlərin təklif etdiyi qiymət arasında 20 %-dən artıq fərq yaranır və bu, qanunvericilik baxımından ciddi göstəricidir.

Deputat diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv 38 ölkədən 35-də dövlət satınalmalarında süni intellektdən istifadə olunur, İtaliyada isə hətta bu sahədə blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı xüsusi qanun qəbul edilib.

Vüqar Bayramov Azərbaycanda da tenderlərdə süni intellektin tətbiqinin həm şəffaflığı, həm də səmərəliliyi təmin edəcəyini vurğulayıb.