Publik hüquqi şəxslərin 20 min manatadək xərclərinə sərbəstlik verilə bilər

14:31 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar qəbul etmək mexanizminin yaradılması zəruridir.

Bu təkliflə deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib.

Deputat bildirib ki, publik hüquqi şəxslərin əldə etdiyi vəsaitlər dövlət vəsaiti hesab olunsa da, 20 min manata qədər olan xərcləmələrdə bu qurumlar müstəqil qərar verə bilməlidirlər.

Onun sözlərinə görə, yalnız bu məbləğdən yuxarı xərclər rəsmi satınalma prosedurları ilə müzakirə olunmalıdır.

Millət vəkili vurğulayıb ki, operativliyi təmin etmək üçün "qızıl orta" tapılmalı və bu tənzimləmə böyük analitik araşdırma ilə beynəlxalq təcrübə (bençmarklar) əsasında formalaşdırılmalıdır.