2027-ci il büdcəsində iqtisadi fəaliyyət və müdafiə xərcləri əsas prioritet olacaq

16:01 - 17.09.2026


17 Sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci ilin dövlət büdcəsi xərclərinin ən böyük hissəsi — təxminən 42 faizi məhz iqtisadi fəaliyyət ilə müdafiə və milli təhlükəsizlik sahələrinin payına düşəcək.

Belə ki, iqtisadi fəaliyyətə 8 milyard 891 milyon manat (5.23 mlrd dollar; 21.0%), müdafiə və milli təhlükəsizlik sahəsinə isə 8 milyard 816.4 milyon manat (5.19 mlrd dollar; 20.8%) vəsait ayrılacaq.

Dövlət xərclərinin digər əsas istiqamətləri üzrə bölgüsü aşağıdakı kimi proqnozlaşdırılır:

  • Ümumi dövlət xidmətləri: 5 milyard 506.3 milyon manat (3.24 mlrd dollar) və ya 13.0%,
  • Sosial müdafiə və sosial təminat: 4 milyard 916 milyon manat (2.89 mlrd dollar) və ya 11.6%,
  • Məhkəmə, hüquq-mühafizə və prokurorluq: 3 milyard 33.6 milyon manat (1.78 mlrd dollar) və ya 8.1% (bunun 2 mlrd 82.6 mln manatı dövlət büdcəsindən),
  • Kənd təsərrüfatı: 1 milyard 379.5 milyon manat (811.47 mln dollar) və ya 3.3%,
  • Əsas bölmələrə aid edilməyən xidmətlər: 857.6 milyon manat (504.47 mln dollar) və ya 2.0%,
  • Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti: 645.2 milyon manat (379.53 mln dollar) və ya 1.5%,
  • Ətraf mühitin mühafizəsi: 438.7 milyon manat (258.06 mln dollar) və ya 1.0%,
  • Mənzil-kommunal təsərrüfatı: 335 milyon manat (197.06 mln dollar) və ya 0.8%.