Çip nəhəngləri çökdü, qızıl bahalaşdı – Qlobal birjalardan son xəbər

14:40 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Çip istehsalçılarının səhmlərindəki kəskin ucuzlaşma, eləcə də inflyasiya və dövlət borcu narahatlıqlarının istiqraz gəlirliliyini yüksək səviyyədə saxlaması Uol-Sprit birjalarında mənfi dinamikaya səbəb olub. Yarımoşiricilər indeksi 5%, Nasdaq 100 indeksi isə 1,7% düşüb.

Sektor üzrə texnoloji gərginlik Asiya bazarlarına da sıçrayıb. Samsung Electronics və SK Hynix səhmləri 7%-dən çox dəyər itirib, Cənubi Koreyanın Kospi indeksi isə süni intellekt layihələrinin borclanma xərclərinin artması fonunda 6%-dək geriləyib. Birjalardakı gərginliyi Brent markalı neftin 91 dolları ötərək bahalaşması da dərinləşdirib.

Təhlükəsiz liman axtarışında olan investorların tələbi sayəsində qızılın onsiya qiyməti bərpa olunaraq 4 360 dolları keçib.