06:00 - 18.08.2026
18 avqust, Fineko/abc.az. "Reuters" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının "Aramco" dövlət neft şirkəti Hörmüz boğazında yaşanan kəsintilərdən yayınmaq üçün bəzi Asiya emal zavodlarına boğazdan kənar marşrutlarla xam neft təklif edir.
Mənbələr bildirir ki, şirkət Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanı sahllərində gəmidən-gəmiyə nəql metodu ilə "Arab Medium" və "Arab Heavy" markalı neftin çatdırılması üçün alıcılarla xüsusi danışıqlar aparır. Tədarükün sentyabr ayı üçün planlaşdırıldığı qeyd olunur. Bu addım BƏƏ-nin "Adnoc" şirkətinin strategiyasına bənzəyir və "Aramco"nun boğazdakı maneələrə qarşı alternativ yollar axtardığını göstərir.
Yaxın Şərqdə hərbi əməliyyatların başlamasından sonra "Aramco" "Arab Light" markalı neft ixracını Qırmızı dənizdəki Yanbu limanına və Misirin Sidi Kerir limanına yönəldib. Hüsilərin gəmilərə hücumları və Hörmüz boğazındakı kəsintilər səbəbindən şirkətin Hindistan kimi mühüm bazarlardakı payı müəyyən dərəcədə azalıb.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026