10:57 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Londra Metal Birjasında (LME) qısamüddətli tədarük qıtlığı səbəbindən spot və fyuçers müqavilələri arasındakı qiymət fərqi (backwardation) kəskin şəkildə artaraq bazarlarda dalğalanmanı gücləndirib.
Növbəti gün üçün nəzərdə tutulan fyuçerslərin birgünlük müqavilələrə nisbətən ton üçün 75 dollar mükafatla (premium) satılması, yanvar ayında qeydə alınan rekord göstəricidən bəri ən yüksək fərq olub. Donald Tramp administrasiyasının mis idxalına olası gömrük rüsumları tətbiq etməsi gözləntisi fonunda yüz minlərlə ton misin ABŞ-a yönləndirilməsi digər bölgələrin anbarlarında ehtiyatları kəskin azaldıb.
Spot misin qiyməti 3 aylıq fyuçersləri ton başına 545 dollara qədər üstələyib. İlin əvvəlindən bəri mis 13%-dən çox bahalaşıb. Buna baxmayaraq, LME anbarlarındakı net artım və Malayziyadakı depolara 3 min tondan çox mis əlavə edilməsi gərginliyin bir qədər səngiyə biləcəyinə dair ilk siqnalları verib. London birjasında 3 aylıq mis fyuçersləri 0,4% geriləyərək ton üçün 14 101,50 dollara düşüb.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026