11:22 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Yaponiya Maliyyə Nazirliyinin beynəlxalq məsələlər üzrə keçmiş nazir müavini Takehiko Nakao bildirib ki, Yaponiya Mərkəzi Bankı (BOJ) yen üzərindəki təzyiqi azaltmaq və ABŞ ilə faiz fərqini azaltmaq üçün hər iclasda faiz dərəcəsini artırmalı və dərəcəni 2%-dən yuxarı qaldırmalıdır.
Nakao "TV Tokyo" telekanalına açıqlamasında qeyd edib ki, BOJ faiz dərəcəsini 1%-ə qaldırsa da, Yaponiyada real faizlər hələ də mənfidir. Onun sözlərinə görə, ölkədə uçot dərəcəsinin 2,25%–2,5% səviyyəsinə yüksəldilməsi tamamilə gözləniləndir.
"Bloomberg" məlumatlarına əsasən, bazar iştirakçıları BOJ-un 18 sentyabr iclasında faiz artırmaq ehtimalını 79% həddində qiymətləndirirlər. Bazar mütəxəssisləri sentyabr və ya oktyabr artımından sonra dekabrda növbəti addımın atılacağını, hətta 25 baz bəndi əvəzinə 50 baz bəndlik daha kəskin artıma gedilə biləcəyini istisna etmirlər. Qeyd edək ki, hazırda Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi son 30 ilin ən yüksək həddinə — 2,91%-ə yüksəlib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026