Naxçıvanda sənayenin həcmi 320 milyon manatı keçib

17:32 - 13.08.2026


13 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında 322 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.

Naxçıvan MR Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye istehsalının 83,2%-i emal, 15%-i elektrik enerjisi, qaz və buxar təchizatı, 1,6%-i su təchizatı və tullantıların emalı, 0,2%-i isə mədənçıxarma sektorunun payına düşüb.

Hesabat dövründə muxtar respublikanın iqtisadiyyatının digər sahələrində göstəricilər belə olub:

  • Kənd təsərrüfatı: İstehsal 9,3% artaraq 239,9 milyon manata çatıb (bitkiçilik — 127,2 mln. manat, heyvandarlıq — 112,7 mln. manat).

  • Nəqliyyat: 4,2 milyon ton yük (+1,1%) və 27,6 milyon sərnişin (+1%) daşınıb.

  • İnformasiya və rabitə: Xidmətlərin dəyəri 63,4% azalaraq 8,5 milyon manat təşkil edib.

  • Ödənişli xidmətlər: Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 7,7% azalaraq 120,9 milyon manat olub.