14:03 - 30.07.2026
30 iyul, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 35 kredit ittifaqları sektoru 600 min manat xalis zərər açıqlayıb. Halbuki ötən ilin eyni dövründə sektorun xalis zərəri cəmi 30 min manat olub. Beləliklə, zərər təxminən 20 dəfə artıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə kredit ittifaqlarının faiz gəlirləri dəyişməyərək 1 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri də 200 min manat səviyyəsində qalıb. Buna baxmayaraq, aktivlər üzrə mümkün zərərlər üçün ayrılan ehtiyatlar 500 min manatdan 1 milyon manata yüksələrək iki dəfə artıb. Eyni zamanda qeyri-faiz xərcləri 700 min manatdan 600 min manata enib. Nəticədə əməliyyat mənfəəti 500 min manat səviyyəsində dəyişməsə də, ehtiyat ayırmalarının artması sektorun zərərə düşməsinə səbəb olub.
2026-cı il iyunun sonuna kredit ittifaqlarının cəmi aktivləri 11,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 800 min manat və ya 6,3% azdır. Xalis kredit portfeli 10,9 milyon manatdan 10,1 milyon manata enərək 7,3% kiçilib. Nağd vəsaitlər və müxbir hesablar 500 min manatdan 600 min manata yüksəlib. Hesablanmış faizlər isə 1 milyon manat səviyyəsində qalıb.
28 İyul 2026