22:27 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Beynəlxalq reyting agentliyi «Fitch Ratings» tərəfindən dərc olunan yeni hesabatda bildirilir ki, Hörmüz boğazı yaxın vaxtlarda tədricən açılsa bile, ABŞ-İran münaqişəsinin fəsadları səbəbindən inkişaf etmiş Avropa ölkələrinin makroiqtisadi şərtləri təzyiq altında qalmaqda davam edəcək.
Agentlik xüsusilə investisiya dərəcəsindən aşağı (spekulyativ) reytinqə malik emitentlər üçün regiondakı mənfi mənzərənin kredit reytinqi dinamikası baxımından risk yaratdığını vurğulayıb.
Hesabatda 2026–2027-ci illər üzrə əsas makroiqtisadi proqnozların 2026-cı ilin birinci yarısında aşağı yönlü yeniləndiyi bildirilir. Bunun başlıca səbəbi kimi 2026-cı ilin ikinci rübündə yaşanan enerji qiymətlərindəki şokun Avropa iqtisadiyyatına neqativ təsirləri göstərilir. «Fitch» inkişaf etmiş Avropa ölkələrinin əksəriyyətində inflyasiyanın 2025-ci ilin sonundakı gözləntilərdən daha yüksək, iqtisadi artımın isə daha zəif olacağını proqnozlaşdırır.
Reytinq agentliyinin bazis ssenarisinə əsasən, Hörmüz boğazının 2026-cı ilin üçüncü rübündə mərhələli şəkildə açılması gözlənilir. Bununla belə, hərbi gərginliklərin tədarükdəki kəsintiləri daha uzun müddətə uzada biləcəyi riski qeyd olunur.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026