Azərbaycanda geniş mənada pul kütləsi bu qədər artıb

12:29 - 30.07.2026


30 iyul, Fineko/abc.az. Azərbaycanda geniş mənada pul kütləsi, yəni M2 göstəricisi 2026-cı ilin əvvəlindən 7,1% artıb.

ABC.AZ xəbər verir ki, M2 pul aqreqatının həcmi 43 milyard 254,2 milyon manat təşkil edib.

M2 göstəricisinə dövriyyədə olan nağd pul, tələb olunanadək və müddətli manat əmanətləri, eləcə də iqtisadiyyatda istifadə olunan digər manat vəsaitləri daxildir.

Eyni dövrdə bankların əmanət portfeli də 6,8% artaraq 17 milyard 428,5 milyon manata çatıb. Bankların kredit portfeli isə iyun ayında əvvəlki ayla müqayisədə 3% böyüyərək 31 milyard 821,3 milyon manat olub.