Türkiyədə bankların 6 aylıq mənfəəti 25% artaraq 11,1 mlrd. dollara çatıb

21:46 - 30.07.2026


30 iyul, Fineko/abc.az. Türkiyə Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) məlumatına əsasən, ölkənin bankçılıq sektorunun yanvar–iyun dövründə xalis mənfəəti illik müqayisədə 24,8% artaraq 527,4 milyard TL (11,1 milyard dollar) təşkil edib.

Mənfəət artımı ilin ilk yarısında qeydə alınan %17,76-lıq inflyasiya göstəricisini üstələyib.

Əsas maliyyə rəqəmləri:

  • Kredit portfeli və Vaxtı keçmiş borclar (NPL): İyun ayında ümumi kredit həcmi 26,8 trilyon TL-yə (565,2 mlrd. dollar) yüksəlib (mayda 26 trilyon TL). Problem kreditlərin (vaxtı keçmiş alacaqlar) ümumi kreditlərə nisbəti isə maydakı %2,69-dan iyun ayında %2,77-yə qalxıb.

  • Kapital adekvatlığı: Sektorun kapital adekvatlığı əmsalı iyun ayında %16-dan %17-yə yüksəlib, əsas kapital adekvatlığı isə %12 səviyyəsində sabit qalıb.